SAYAC
Free counters! ---------------------------
Ismayıllıda olmusuz?
Bəli
Xeyir
Olmaq istərəm
Olmuşam çox gəzməmişəm

İsmayıllıda Dövlət Humanitar və Texnologiyalar kolleci açılacaq

Yazar: Ismayilli
29-06-2013, 17:39
İsmayıllıda Dövlət Humanitar və Texnologiyalar kolleci açılacaq

İsmayıllı rayonunda uzun müddətə hesablanan İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kolleci açılacaq.
Bu münasibət ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

İsmayıllıda Dövlət Humanitar və Texnologiyalar kolleci açılacaq
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Kollecin əhəmiyyətindən, rayonda yaradacaq mənəvi mühitdən, verəcəyi səmərədən danışıb, yenilik münasibəti ilə tərkibi daha çox təhsil işçilərindən ibarət olan tədbir iştirakçılarını təbrik edib.
Kollecin ideya müəlliflərindən biri olan filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova yeni təhsil müəssisəsinin ilkin strukturu, ixtisasları, bölmələri barədə məlumat verib. Bildirib ki, çoxprofilli kollecin təkcə rayon üçün yox, region üçün yüksək əhəmiyyəti olacaq.
Belə ki, kollecdə 2013-2014-cü tədris ilinə qəbul 11 ixtisas üzrə aparılacaq. Bu ixtisaslar aşağıdakılardır:
-Müalicə işi
-Məktəbəqədər təlim və tərbiyə
-Komyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
-İnformatika müəllimliyi(ümumi orta təhsil bazası üçün)
-Aqrar(fermer) təsərrüfatının təşkili
-Mühasibat uçotu
-Dekorativ tətbiqi incəsənət və xalq sənəti
-Turizm və onun təşkili
-Ət və süd məhsullarının texnologiyası
-Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası
-Taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası
Sonda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq bildirən müraciət qəbul edilib.
“İsmayıllı xəbərləri”
Baxilib: 527Şərh: 0
Красочные шаблоны DLE скачать для dle.
Адаптированные шаблоны joomla скачать для Джумлы.
Русские темы wordpress и шаблоны вордпресс.