SAYAC
Free counters! ---------------------------
Ismayıllıda olmusuz?
Bəli
Xeyir
Olmaq istərəm
Olmuşam çox gəzməmişəm

Ətraf mühit və insanın sağlamlığı

Yazar: Ismayilli
20-07-2012, 23:52
“Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri
bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.
Heydər Əliyev.
İnsan yarandığı ilk gündən onu əhatə edən mühitdə yaşayır. Bu mühiti biz ətraf mühit adlandırırıq. İbtidai icma, quldarlıq quruluşlarında insan təbiət münasibətlərini və onların ətraf mühitə təsiri formalarını nəticə etibarı ilə ziyansız hesab etmək olardı. Lakin elmi-texniki tərəqqi, müharibələr kənd təsərrüfatının və sənayenin inkişafı insan artımı dövründə artıq qlobal böhranlar yaratdı. Ekoloji böhranın qloballaşması beynəlxalq ictimaiyyətin narahatçılığına səbəb oldu.Ətraf mühit və insanın sağlamlığıƏtraf mühitin qorunması planetimizin təhlükəsizliyi və eyni zamanda insanların sağlamlığı deməkdir.
Ekoloji problemlərin aradan qaldırılması və gələcəkdə yeni problemlərin baş verməməsi üçün məktəblilərin, xüsusilə indiki gənc nəslin ekoloji təhsili və tərbiyəsinə diqqət artırılmalıdır. Hər birimizin məqsədi şagirdləri təbii sərvətlərin səmərəsiz istifadəsi nəticəsində insanların həyat və sağlamlığı üçün yaranan təhlükə haqqında düşünməyə, məişətdə və həyatda öz davranışlarını düzgün qiymətləndirməyə sövq edərək, onlarda ətraf mühitə ziyan vurmadan fəal həyat mövqeyini, sağlam həyat tərzini formalaşdırmaqdan ibarətdir.
Məktəblərdə biologiya, fizika, kimya, həyatı biliklərə əsaslanan təhsil fənlərinin tədrisi və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində dərnək məşğələləri zamanı şagirdlər ətraf mühitin qlobal-ekoloji problemlərinə, təbiətlə cəmiyyət arasında qarşılıqlı münasibətlərə, ekoloji böhranın səbəbləri barədə məlumat alır, ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsiri haqqında ətraflı bilik almaqla yanaşı, təbiətin mühafizəsi sahəsində bacarıq və vərdişlərə yiyələnirlər. Qeyd olunan fənləri tədris edən müəllimlər və dərnək rəhbərləri məktəblilərdə ekoloji dünyagörüşünün və ekoloji mədəniyyətin formalaşdırılmasına nail olmaqla yanaşı, onların gələcəkdə öz peşə fəaliyyətini düzgün qurmasına, təbiətə vurulan zərərin minimuma endirilməsinə kömək edə bilər.
Məktəblilər ekoloji biliklərə dərsdənkənar vaxtlarda məktəbdənkənar təhsil müəssisələrində ekoloji dərnək, klub və digər birləşmələrdə yiyələnirlər. Xüsusilə, “Ekologiyanın əsasları”, “Ətraf mühit və ekologiya”, “Əhali və ətraf mühit”, “Ekoloji mədəniyyət”, “Ekoloji jurnalistika”, “Məişət ekologiyası”, “Ekoloji təhlükəsizlik”, “Ekoloji hüquq”, “ Ailə və ətraf mühit” və sair dərnəklərin məşğələlərində şagirdlərə təbii mühitin insan sağlamlığına təsiri yaşıl bitkilərin rolu, müxtəlif yoluxucu xəstəliklərlə mübarizə üsulları və profilaktik tədbirlər, gigiyena qaydaları və sair vacib məsələlər haqqında geniş biliklər verilir. Dərnəklərin praktiki məşğələ saatlarında mövzuya aid diskussiyaların, konfransların, seminarların, dəyirmi masaların, sərgilərin keçirilməsi, müxtəlif eksponatların, dioqram materiallarının, ekoloji xəritələrin, cədvəllərin tərtibi və proyektor vasitəsi ilə nümayişinin təşkili proqram materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir. Məşğələ prosesində, məktəblilərin ərazidəki çirklənmə mənbələrinin aşkara çıxarılması və təbii mühitin insanın sağlamlığına təsirini təyin etmək sahəsində bilik və bacarıqlara yiyələnməsi, təbii komponentlərin sağlamlaşdırıcı təsirini, orqanizmin yoluxucu xəstəliklərə davamlığının əhəmiyyətini dərk etməsi çox vacibdir.
İnformasiya Kommunikasiya Texnologiyalarının inkişaf etdiyi bir dövrdə dərnək məşğələlərinin tədrisi zamanı müasir texnologiyalardan istifadə olunması məşğələlərə marağı daha da artırır.
Proqramda təbii mühit və insanın sağlamlığı mövzusunun nəzəri hissəsini öyrənmək üçün 9 saat, praktik hissəsini öyrənmək üçün 12 saat vaxt verilir.
Bu mövzunun praktik hissəsinin tədrisi ilə bağlı 4 qrup yaradıldı. Birinci qrupa İsmayıllı şəhərinin təmizliyi vəziyyətini öyrənmək, ikinci qrupa suların çirklənməsi, üçüncü qrupa atmosferin çirklənməsi, dördüncü qrupa isə İsmayıllı şəhərində yaşıllıqların becərilməsi vəziyyətini öyrənmək və hər bir qrupa hesabat hazırlamaq tapşırığı verildi. Qruplar rəqəmli fotoaparatla təmin olundular. Görüləcək işlərin təxmini planı tərtib edildi və obyektlər seçildi.
Məqsəd şagirdlərdə təbiətə qayğı hisslərini tərbiyə etməkdən , onların yaradıcılıq qabiliyyətlərini və ətraf mühitdə baş verən hadisələri düzgün qiymətləndirmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir
Hər bir dərnək rəhbəri çalışır ki, interaktiv təlim metodlarından istifadə etməklə diskussiya, təsviri incəsənət, rollu oyunların, innovasiyaların, motivasiyaların köməyi ilə istedadlı şagirdləri aşkar etsin onların bacarıqlarını və qabiliyyətlərini inkişaf etdirsin.
Tapşırıqları yerinə yetirmiş 4 qrupun hər birinin fotoaparatın yaddaşına köçürdüyü kadrlar təhlil olunur və kompyuterdən istifadə etməklə video-çarx hazırlanır. Video-çarxa mövzu seçmək dərnək üzvlərinin ixtiyarına buraxılır. Beləliklə, 12 saatlıq praktik məşğələ zamanı dərnək üzvləri İsmayıllı şəhərində ətraf mühitin vəziyyətini öyrənir, video-çarx hazırlayırlar. Keçirilən dəyirmi masada nöqsanları aradan qaldırmaq məqsədilə təkliflərini bildirir və aidiyyəti təşkilatlara ünvanlayırlar. Dərnək üzvləri həm də rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin aylıq orqanı olan “Ekologiya” qəzetinə və “ İsmayıllı xəbərləri” qəzetinə məqalələr hazırlayırlar.
Dərnək üzvləri akademik Həsən Əliyevin bu fikrini həmişə xatırlayırlar. “Biz təbiətimizi nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir”.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli 847 saylı fərmanı ilə təsdiq olunmuş “Əhalinin Ekoloji Təhsili və Maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununda ekoloji təhsilin fasiləsizliyi bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilmişdir.
BMT-nin davamlı inkişaf naminə təhsil dekadası (2005-2014) çərçivəsində Azərbaycan Respublikasında Ekoloji təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sisteminin inkişafına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və mövcud problemlərin həllinə yönəldilmiş dövlət siyasəti ekoloji təhsil və maarifləndirmə işlərinin genişləndirilməsinə şərait yaratmışdır. Prezidentin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda ekoloji maarifləndirmənin genişləndirilməsi əsas vəzifələrdən biri kimi göstərilir.
2005-ci ildə Sankt-Peterburq şəhərində dünyanın 44 ölkəsinin, ətraf mühit nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda meşə sektorunun müasir ekoloji problemləri müzakirə olunmuşdur. Avropa Komissiyasının iştirakı ilə “ Avropa İttifaqının qonşuluq siyasəti şərq ölkələri və Rusiyanın meşə sektorunda hüquq tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi” proqramı konfransda yekdilliklə qəbul edilmişdir. Azərbaycan Respublikasının iştirak etdiyi bu proqramda meşələrin qeyri-qanuni qırılmasının qarşısının alınması və davamlı idarə olunması üçün mürəkkəb məsələlərin həlli nəzərdə tutulmuşdur.
Beynəlxalq təbiəti mühafizə təşkilatlarından Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Ümumdünya Vəhşi Təbiət Fondu bütün regionlarda meşələrin qorunması proqramında yaxından iştirak edirlər.
2011-ci ilin BMT tərəfindən Beynəlxalq “Meşə ili” və Azərbaycan Respublikası tərəfindən “Turizm ili“ elan edilməsi ilə əlaqədar sənədlərdə qarşıda duran, həyata keçirilməli olan həlli vacib məsələlərlə dərnək rəhbərləri şagirdləri tanış edir və valideynlər arasında maarifləndirmə işi aparırlar.
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində hər il dərs ilinin sonunda konfrans keçirilir.
Konfransda təcrübəçilik işlərinin yekunu müzakirə olunur.
Rayonda məktəblilərin ekoloji tərbiyəsi işini daha səmərəli təşkil etmək məqsədilə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müasir İKT avadanlıqları ilə təmin olunması, iş şəraitinin daha da yaxşılaşdırılmasına və nəqliyyat vasitəsilə təmin olunmasına ciddi ehtiyac vardır. Yaxşı olar ki, dərnək məşğələ proqramları yenidən işlənsin, müasir tələblərə uyğunlaşdırılsın. Məktəbdənkənar müəssisələrə maliyyə müstəqilliyi verilsin. Metodiki vəsaitlərin, bukletlərin hazırlanması, ekskursiyaların təşkili üçün vəsait ayrılsın.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru
Baxilib: 614Şərh: 0
Красочные шаблоны DLE скачать для dle.
Адаптированные шаблоны joomla скачать для Джумлы.
Русские темы wordpress и шаблоны вордпресс.