SAYAC
Free counters! ---------------------------
Ismayıllıda olmusuz?
Bəli
Xeyir
Olmaq istərəm
Olmuşam çox gəzməmişəm

Ana dilim şirindir

Yazar: Ismayilli
29-04-2012, 09:34
İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə fevral ayı sanki “Azərbaycan dili və ədəbiyyatı ayı” elan olunmuşdu. Bu ayın tədbirsiz ötüşən hansısa bir günü olmadı.
Fevralın ilk həftəsi 2 fevral “Gənclər günü” münasibəti ilə yığıncaqlar, maraqlı debatlar və görüşlər təşkil olundu.
Növbəti iki həftə isə məktəbimizin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə metodbirləşmə rəhbəri, Azərbaycan dili və ədəbiyyat fənni üzrə dayaq Məntəqəsinin rəhbəri, respublikanın Əməkdar müəllimi Mirvari Musayevanın təşəbbüsü ilə əlamətdar oldu.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin birgə səyi nəticəsində fevralın 7-dən start götürmüş silsilə tədbirlər 21-də başa çatdı. Demək olar ki, dərs günlərində hər iki növbədə keçirilən bir-birindən maraqlı tədbirlər kollektivin əhval-ruhiyyəsinə özgə bir ovqat qatmışdır. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri M.Soltanova, Ş.Yusifova, G.Ağayeva və Ü.Hüseynovanın hazırladıqları ədəbi-bədii kompozisiyalarda səslənən fikirlər, Ana dilinə aid şeirlər insanın ruhunu oxşayırdı. Bununla yanaşı, H.Abdurazaqova və İ.Osmanovanın V-XI sinif şagirdləri arasında təşkil etdikləri “Ana dilim şirindir” mövzusundakı inşa yazı müsabiqəsində məktəbin bir çox istedadlı şagirdləri iştirak etdilər. Şagirdlərdən Y.Mövlamova, N.Muştaqova, V.Şirinli müsabiqənin qalibi oldular.
Məktəbin qabaqcıl müəllimlərindən olan M.Aslanova və K.Aslanovanın “Mənim ana dilim-mənim kimliyim” devizi altında təşkil etdikləri şeir müsabiqəsi də tədbirimizə başqa ahəng qatdı. Şagirdlərdən A.Rüstəmli, A.Rəsulova, G.Mürsəliyeva və H.Hacıyevanın ifasında səslənən ana dilimizə həsr olunmuş gözəl şeirlərin təsirinə düşməmək olmurdu. Bir az həyəcanlı olsalar da məktəbin rus bölməsinin III sinif şagirdləri F.Lazımova və R.Baxışovun şeirləri isə bu məktəblilərin ana dilinə olan məhəbbətlərinin nümunəsi idi. Balaca məktəblilər gözəl dərk edirdilər ki, təhsil aldıqları dildən fərqli olaraq doğma dildə danışmağın öz gözəlliyi var.
Həmin günlər müəllimlərimizin keçirdiyi açıq dərslər də öz əlamətdarlığı ilə seçilirdi. 17 fevral 2012-ci ildə bu sətirlərin müəllifinin Azərbaycan dili fənnindən XI sinifdə hazırladığı “Sözün poetik funksiyası” dərsi də bu qəbildən idi.
21 fevral 2012-ci il tarixdə isə M.Ağayevanın ədəbiyyat fənnindən VIII sinifdə hazırladığı M.F.Axundovun “Hacı Qara” əsərinin təhlili bu fənnin tədrisindəki nümunəvi dərslərdən idi. Belə ki, müəllim bütün texniki imkanlardan, innovatik üsullardan istifadə edərək əsil müasir dərs nümayiş etdirdi. 21 fevral “Beynəlxalq Ana dili günü”ndə iki həftəlik tədbirlər planının finalı oldu. Məhz həmin gün təşkil olunmuş elmi-praktik konfrans da öz axarıyla davam etdirildi.
Açıq dərsdə iştirak edən konfrans nümayəndələrinə daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Qasımovanın Beynəlxalq ana dili günü münasibəti ilə hazırladığı “Mənim ana dilim”, M.Ağayevanın hazırladığı “M.F.Axundovun 200 illik yubileyi ilə əlaqədar ədibin həyat və yaradıcılığına yeni baxış” mövzusundakı video təqdimatları nümayiş etdirildi. Konfransın nəzəri hissəsində məktəbin direktoru Ş.Rəsulovun çıxışından sonra İsmayıllı RTŞ-nin metodisti N.Qəniyevin “Ana dili fənninin tədrisinə müasir təlim metodlarından istifadə, yeni innovasiyaların tətbiqi ilə əlaqədar Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin qarşısında duran vəzifələr” mövzusunda çıxışı oldu.
“Yeni təhsil konsepsiyası Kurikulumla əlaqədar dayaq məntəqələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi təcrübəsindən” mövzusunda isə konfrans iştirakçılarını M.Musayeva məlumatlandırdı. Konfransda şəhər 2, 3, 4, 5 saylı məktəblərin ana dili və ədəbiyyatı müəllimləri iştirak edirdilər.
Bahar Abdullayeva,
İ.Həsənov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Baxilib: 10652Şərh: 26
Красочные шаблоны DLE скачать для dle.
Адаптированные шаблоны joomla скачать для Джумлы.
Русские темы wordpress и шаблоны вордпресс.